
Aİ Şurası Toivo Klaarın mandatını daha bir il uzadıb
Aİ Şurası Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın səlahiyyətlərini bir il müddətinə uzadıb.
Busaat.az xəbər verir ki, bu barədə Şuranın mətbuat xidmətindən məlumat verilib.
Klaar bu vəzifəyə 2017-ci il noyabrın 13-də təyin edilib.
Şuranın məlumatında qeyd edilir ki, Klaarın vəzifəsi regiondakı münaqişələrin, xüsusilə Gürcüstandakı böhranın və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə vermək, həmçinin Ermənistan, Azərbaycan və Gürcüstanla regional əməkdaşlığı təşviq etməkdir.
Busaat.az























