
Aİ Türkiyədə yüksək seçici fəallığını alqışlayır
Avropa İttifaqı (Aİ) Türkiyə vətəndaşlarının seçkilərdə fəal iştirakını alqışlayır, lakin Avropa Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı və Avropa Şurasından olan müşahidəçilərin şərhlərini nəzərə almağa çağırır.
Busaat.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Jozep Borrel və genişlənmə və qonşuluq siyasəti üzrə Avropa komissarı Oliver Varhelinin birgə bəyanatında deyilir.
“Aİ mayın 14-də Türkiyədə keçirilən parlament və prezident seçkilərinin keçirilməsini və yüksək fəallığı türk xalqının demokratik səsvermə hüququndan istifadə etmək öhdəliyinin əlaməti kimi alqışlayır. ATƏT-in və Avropa Şurasının beynəlxalq seçki müşahidə missiyası Türkiyə hakimiyyətini aşkar edilmiş çatışmazlıqları aradan qaldırmağa çağırır”, – bəyanatda qeyd edilir.
Qeyd edək ki, mayın 14-də Türkiyədə parlament və prezident seçkiləri keçirilib.
Busaat.az























