Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 614 $▲0.79%
  • Ethereum1 815 $▲2.66%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Aİ Ukrayna ordusu üçün təlim missiyasına başlayıb

image-1627034760_avropa-birliyi-ab-a-eu-715x400
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avropa İttifaqı (Aİ) bəzi üzv ölkələrdə Ukrayna qoşunları üçün təlim proqramına başlayıb.

Busaat.az xəbər verir ki, bunu Bazar ertəsi Avropa İttifaqı Şurasında Çexiya rəsmiləri bildirib.

“Aİ Şurası Rusiyanın davam edən hərbi əməliyyatları fonunda Ukraynaya dəstək olmaq üçün Aİ-nin Hərbi Yardım Missiyası EUMAM-ı işə salıb. Bu missiya çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin 15.000-ə qədər şəxsi heyətinə təlim keçiriləcək. Qərar Rəsmi Jurnalda dərc edildikdən sonra qüvvəyə minir” – deyə, Çexiya tərəfi qeyd edib.

Qeyd edək ki, sözügedən proqram Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyası və ya EUMAM adlanır. Missiyanın aparılması ilə bağlı qərar oktyabrın 17-də qəbul edilib. Missiya çərçivəsində 24 ay ərzində 15 min hərbçi üçün təlim keçirilməlidir və bütün bunlar 106,7 milyon avroya başa gələcək.

Aİ-nin xarici xidmətinin məlumatına görə, missiya Ukrayna Silahlı Qüvvələri və ərazi müdafiəsi üçün fərdi, kollektiv və xüsusi təlimlər keçirəcək. Missiya həmçinin, Ukrayna qoşunlarına Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün ikitərəfli əsasda təlim keçəcək bəzi Aİ üzv dövlətlərinin səylərini əlaqələndirmək məqsədi daşıyır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90692