
Aİ Ukraynada "dondurulmuş münaqişədən" qorxur - Polşa Prezidentinin Ofisi
Polşa və bütün Avropa İttifaqı Ukraynada “dondurulmuş münaqişənin” yaranacağından qorxurlar.
Busaat.az xəbər verir ki, bu sözləri “Zet” radiostansiyasının efirində Polşa Prezident Aparatının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç deyib.
“Bu münaqişənin dondurulması riski var”, – Pşidaç bildirib.
O, qeyd edib ki, bu, həm Polşanın, həm də Avropa İttifaqının hər hansı digər ölkəsinin maraqlarına qətiyyən uyğun gəlmir.
Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Busaat.az























