Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 760 $▲1.01%
  • Ethereum1 807 $▲2.16%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

“Aİ Ukraynanın silahlarının tükənməsinə imkan verməyəcək” - Cozep Borrell

image-borrel
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Avropa İttifaqı Rusiya ilə müharibədə Ukraynanın lazımi silahlarının tükənməsinə imkan verməyəcək”.

Busaat.az  xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Avropa İttifaqı Şurasının müdafiə məsələləri üzrə nazirlər səviyyəsində Brüsseldə keçirilən iclasından sonra keçirilən brifinqdə deyib.

Aİ-nin ali nümayəndəsi bildirib ki, Ukraynanın müdafiə naziri Aleksey Reznikov bu gün videobağlantı vasitəsilə Ukraynadakı vəziyyət və Ukrayna ordusunun ehtiyacları barədə danışıb.

Borrell bildirib ki, Avropa İttifaqı Ukrayna Silahlı Qüvvələrinə dəstəyini davam etdirir:

“Düşünürəm ki, bu dəstək döyüş meydanında fərq yaradır. Biz resursları və təchizatı artırmalıyıq. Bu dəstək hazırda kritikdir, çünki müharibə həlledici məqama, dönüş nöqtəsinə çatıb və biz Ukraynanın texnikasının tükənməsinə imkan verə bilmərik və buna icazə verməyəcəyik. Çünki Donbass uğrunda döyüş ukraynalıların əks-hücumlar həyata keçirdiyi və rusları dəf etdiyi bir məqama keçib və ötən gün qeyri-adi uğur qazanıb. Ukraynalılar müqavimət göstərmək və əks-hücuma keçmək üçün inanılmaz potensial nümayiş etdirir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=77494