
Aİ Ukraynaya aylıq 1,5 milyard avro yardım etməyi planlaşdırır
Avropa İttifaqı (Aİ) Komissiyası gələn il üçün Ukraynaya ayda 1,5 milyard avro məbləğində yardım paketi təklif edəcək.
Busaat.az xəbər verir ki, bu barədə Aİ Komissiyasından yazılı açıqlama verilib.
Açıqlamaya əsasən prezident Ursula Fon Der Leyen Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Von der Leyen bu həftə Zelenskiyə 2023-cü il üçün aylıq 1,5 milyard avro və ümumilikdə 18 milyard avro təşkil edəcək maliyyə paketini təklif edəcəyini bildirib. Görüş zamanı əsas dövlət funksiyalarının proqnozlaşdıla bilən və müntəzəm maliyyələşdirilməsinin vacibliyi vurğulanıb. Ukraynada aparılan islahatları və onun Aİ-yə üzvlüyünü dəstəkləməyə çalışılacağı bildirilib.
Aİ-nin maliyyə paketinin digər böyük donorların oxşar yardımları ilə dəstəklənməli olduğuna diqqət çəkən Leyen, Aİ-nin xüsusilə qış aylarında Ukraynaya təcili humanitar yardım göstərməyə davam etmək üçün səylərini davam etdirdiyini qeyd edib.
Qeyd edək ki, görüş zamanı İranın Rusiyaya dəstəyinə cavab verilməsi, eləcə də sanksiyaların gücləndirilməsi də müzakirə olunub.
Busaat.az























