Aİ və Britaniyanın sanksiyalarına cavab vermək hüququna malikik – İran

image-kenanibackend

İranda Məhsa Əminin ölümündən sonra başlayan nümayişlərə müdaxilələrə görə Avropa Birliyi (AB) və Böyük Britaniya iranlı şəxslərə və təşkilatlara sanksiya tətbiq etmək qərarına gəlib.

Busaat.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

İran Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın Məhsa Əminin ölümü və ondan sonra ölkədə başlayan etirazlarla bağlı tətbiq etdiyi sanksiyaları “əsassız, qeyri-qanuni və daxili işlərinə müdaxilə” adlandıraraq cavab vermək hüququnu özündə saxladığını bəyan edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Aİ və Böyük Britaniyanın Tehrana qarşı tətbiq etdiyi son sanksiyalarla bağlı açıqlama verib: “İranlı şəxslərə və qurumlara qarşı tətbiq edilən sanksiyaları əsassız, qeyri-qanuni və İranın daxili işlərinə müdaxilə cəhdi kimi qəbul edirik. Bu yanlış yanaşma ilə İran və Avropanın qarşılıqlı əlaqələri zədələnir. İran sanksiyalara qarşı lazımi tədbirlər görəcək. Bizim də onlara cavab vermək hüququmuz var”.

Xatırladaq ki, ayrı-ayrı bəyanatlarda AB və Böyük Britaniya, Məhsa Əminin ölümü və sonra başlayan nümayişlərə müdaxilələrə görə iki nazir də daxil olmaqla iranlı şəxslərə sanksiya tətbiq etdiklərini açıqlayıb.

İngiltərə İranın Rabitə və İnformasiya Texnologiyaları naziri İsa Zarepur da daxil olmaqla 24 İran rəsmisinə sanksiya tətbiq etmək qərarına gəlib.

Aİ həmçinin İrandakı nümayişlərə müdaxilələrə görə Daxili İşlər naziri Əhməd Vahidi də daxil olmaqla 29 iranlı şəxs və 3 təşkilata qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90