
Aİ və NATO yeni əməkdaşlıq bəyannaməsi imzaladı
Avropa İttifaqı (Aİ) və NATO iki təşkilat arasında yeni əməkdaşlıq bəyannaməsi imzalayıb.
Busaat.az xəbər verir ki, sənədin imzalanma mərasimi çərşənbə axşamı NATO-nun Brüsseldəki mənzil-qərargahında baş tutub.
Bəyannaməni NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Komissiyası və Avropa Şurasının prezidentləri Ursula fon der Leyen və Çarlz Mişel imzalayıblar.
Tərəflər hələlik açıqlama verməyiblər.
Bazar ertəsi Frans-Press (AFP) agentliyi sənədə istinadən xəbər verib ki, Avropa İttifaqı və NATO Ukraynadakı münaqişə fonunda müdafiə sahəsində əməkdaşlığı intensivləşdirmək niyyətindədir. AFP-nin məlumatına görə, sənəddə qeyd edilir ki, hər iki tərəf tərəfdaşlığı daha yüksək səviyyəyə qaldırmağa və ümumi məqsədlərə nail olmaq üçün istər siyasi, istər iqtisadi, istərsə də hərbi bütün mövcud ümumi alətləri səfərbər etməyə sadiqdir.
Busaat.az























