
Aİ-yə daxil olmaq üçün Ukrayna sistemli korrupsiyanı tamamilə aradan qaldırmalıdır - Annalena Berbok
Ukrayna Avropa İttifaqına daxil olmaq üçün sistemli korrupsiyanı tamamilə aradan qaldırmalıdır.
Busaat.az xəbər verir ki, bu barədə “Die Welt” qəzeti Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə istinadən yazı dərc edib.
Qəzetin məlumatına görə, Berbok bu sözləri Ukraynanın bərpasına dair London konfransı çərçivəsində bildirib.
“Otuz illik qohumbazlığa son qoyulmalıdır və açıq şəkildə bildirilməlidir ki, korrupsiya da aradan qaldırılıb”, – Berbok deyib.
Nəşrin oxucuları nazirin bu sözlərinə yumorla cavab veriblər və qeyd ediblər ki, Avropa İttifaqında iştirak bütün İttifaqın ölkələrində korrupsiyanın olmaması anlamına gəlmir.
Busaat.az























