Akar və generallardan yunanlara CAVAB

Akar və generallardan yunanlara CAVABbackend

Türkiyənin Müdafiə naziri Hulusi Akar Antalyanın Kaş qəsəbəsində I Dünya müharibəsi zamanı Meis adasında ingilis gəmisini batıran türk zabit Mustafa Ərtoğrulun anma mərasiminə qatılıb.

Busaat.az  xəbər verir ki, bu mərasim Yunanıstanın Meis adasında “qurtuluş bayramı”na cavab mesajıdır.

Bu gün Yunanıstan Prezidenti Katerina Sakelaropulu Antalya sahillərindən 2 kilometr məsafədə yerləşən Meis adasına mərasimə qatılacaq.

Şərqi Aralıq dənizində Yunanıstan-Türkiyə qarşıdurması başlayandan sonra Afina Lozanna və Paris anlaşmasını pozaraq, adaya hərbi qüvvə yerləşdirib.

Yunanıstan Prezidentinin adaya səfəri ilə bağlı yunan ordusunun döyüş gəmiləri, təyyarələri və xüsusi təyinatlı qüvvələri də bölgəyə cəlb olunub. Hazırda yunan hərbi qüvvələri Antalya sahillərindədir.

Türkiyə müdafiə nazirinin Meis adasının yaxınlığında yerləşən Kaş qəsəbəsinə səfəri də məhz Yunanıstanın addımına cavabdır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90