Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 171 $▲1.66%
  • Ethereum1 820 $▲2.94%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Albaniya Bayraktar TB2 SİHA bazası quracaq

image-bayraktar_tb2_runway
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə ilə Albaniya arasında çox sayda Bayraktar TB2 SİHA-larının alınmasını nəzərdə tutan müqavilə imzalanıb.

Busaat.az xəbər verir ki, bu barədə Albaniya tərəfi məlumat yayıb.

Məlumata görə, paytaxt Tiranada Baş nazirlik binasında keçirilən imzaatma mərasimində Albaniyanın baş naziri Edi Rama, müdafiə naziri Niko Peleşi, Türkiyənin Tiranadakı səfiri Tayyar Kağan, “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar iştirak edib.

Baş nazir Rama mərasimdəki çıxışında prezident Rəcəb Tayyib Ərdoğana prosesin tamamlanmasında verdiyi töhfələrə görə təşəkkür edib.

Rama deyib: “Türkiyə prezidentinə, bu ölkənin və bu millətin əzəli dostu Ərdoğana nə qədər təşəkkür etsək kifayət etməz”.

İki ölkə arasındakı yaxşı münasibətlərin hər keçən gün daha da yaxşılaşdığına diqqət çəkən Rama, “NATO-da Türkiyə Cümhuriyyəti və Prezident Ərdoğanla eyni tərəfdə olmaqdan çox qürur duyuruq. Bizim Türkiyə Respublikası ilə çox strateji tərəfdaşlığımız var. Bu gün münasibətlərimiz üçün çox yaxşı gündür” – deyə, əlavə edib.

“Baykar”ın baş direktoru Haluk Bayraktar bu texnologiyanın iki ölkə arasında yeni bir dövr başlatmasını və Albaniyanın suverenliyinə və xalqına dəstək olmasını arzuladığını bildirib.

Bu ölkəyə dəstək üçün Albaniyada olduqlarını bildirən Bayraktar deyib: “Bu texnologiyaların inventarda həqiqətən əhəmiyyətli olduğu artıq sübuta yetirilib. Onlardan təkcə müharibə zamanı deyil, sülh dövründə də istifadə oluna bilər. Burada Albaniya və qonşu ölkələrə xidmət göstərəcək bir xidmət mərkəzi quracağıq”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94817