Ali məktəblərə sənəd qəbulu başladı

Ali məktəblərə sənəd qəbulu başladıbackend

Bu gündən etibarən ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlər üçün sənəd qəbulu başlayır.

Dövlət İmtahan Mərkəzindən Busaat.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə müraciət edən abituriyentlərin sənəd qəbulu 12 may-5 iyun tarixlərində onlayn şəkildə aparılacaq.

– Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu onlayn şəkildə 12 may – 5 iyun tarixlərində aparılır

– Qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

– I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

– Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90