“Alibaba”nın fəaliyyətini qadağan edir- ABŞ

“Alibaba”nın fəaliyyətini qadağan edir- ABŞbackend

ABŞ Çinin “Alibaba” şirkətinin ölkə ərazisindəki fəaliyyətini qadağan etməyi nəzərdən keçirir.

Busaat.az  xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

“Çinin Alibaba şirkətinin fəaliyyətinə qadağa qoya bilərik. Bununla bağlı müzakirələr aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq lazım olan qərarı qəbul edəcəyik”, – Tramp qeyd edib.

Qeyd edək ki, “Alibaba Group” Çinin 1999-cu ildən bəri fəaliyyət göstərən ən böyük elektron ticarət şirkətidir. Şirkət Alibaba.com, AliExpress.com, Taobao.com, Tmall.com beynəlxalq internet platformalarına sahibdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90