
Alimlərdən Avropa ilə bağlı ŞOK XƏBƏRDARLIQ! "Fəlakətin astanasındasınız"
Alimlər Avropanın yeraltı su ehtiyatlarının quruduğu üçün fəlakət astanasında olduğu barədə xəbərdarlıq ediblər.
Busaat.az xəbər verir ki, 2018 və 2019-cu ilin yayında Mərkəzi Avropada ciddi su qıtlığı yaşanıb.
O vaxtdan bəri qrunt sularının səviyyəsində əhəmiyyətli artım müşahidə olunmayıb və bu, davamlı olaraq aşağı səviyyəyə enib.
Araşdırmalara görə , şiddətli quraqlığın təbii yaşayış yerlərini zədələdiyini , kənd təsərrüfatına təsir etdiyini və kütləvi enerji çatışmazlığı yaratdığını ortaya qoydu.
Uzun sürən quraqlığın təsirləri 2022-ci ilin yayında Avropada özünü daha qabarıq şəkildə göstərdi.
Su böhranı daha böyük ölçülərə çata bilər
Nəticədə Avropada enerji çatışmazlığı pisləşdi.Soyuducu suyu olmayan Fransadakı nüvə stansiyaları kifayət qədər elektrik enerjisi istehsal etmək üçün mübarizə aparırdı .
Su elektrik stansiyaları susuzluqdan öz funksiyalarını yerinə yetirməkdə çətinlik çəkirdilər.
Avstriyanın Qraz Texnologiya Universitetində aparılan araşdırmalar nəticəsində, su böhranının yaxın illərdə daha da böyüyə biləcəyini ortaya qoydu.
Busaat.az























