
Almaniya ABŞ və Çinə iqtisadi müharibə elan edir? - "Beynəlxalq biznes tərəfdaşlarını diversifikasiya etməliyik"
Almaniya beynəlxalq biznes tərəfdaşlarını diversifikasiya etməli və diqqətini dünyanın yeni regionlarına yönəltməlidir.
Busaat.az xəbər verir ki, bunu Almaniya hökumətinin baş iqtisadi müşaviri Monika Schnitzer Reuters-ə bildirib.
Schnitzer-ə görə, alman şirkətləri Çindən daha az asılı olmaq barədə düşünməlidirlər.
“Asiya sadəcə Çindən, Amerika isə ABŞ-dan daha böyükdür” deyən Schnitzer, özünün Avropa ölkələri arasında daha sıx əlaqələrə üstünlük verdiyini söyləyib.
O, ABŞ-ın qəbul etdiyi İnflyasiyanın Azaldılması Aktını ayrı-seçkilik hesab edir. Çünki bu qanunla ABŞ subsidiyalarından yalnız yerli şirkətlər və ya ticarət müqavilələrində təmsil olunanlar faydalanır. Bu səbəbdən Schnitzer düşünür ki, Almaniya təkbaşına hərəkət etməməli və əks subsidiya verməməlidir.
O, ABŞ-ın Almaniya üçün ticarət tərəfdaşı kimi əhəmiyyətini qeyd edib və Avropa İttifaqı ilə ABŞ arasında azad ticarət sazişi üçün yeni cəhdlər edilməsi lazım olduğunu bildirib.























