
Almaniya əhalisinin sayında rekord artım qeydə alınıb
Almaniyanın əhalisi 2022-ci ildə immiqrantların da təsiri ilə bir əvvəlki ilə görə 1 milyon 122 min nəfər artıb.
Busaat.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.
Ukraynadan gələn immiqrasiyanın təsiri ilə ölkə əhalisi 2022-ci ildə 1 milyon 122 min nəfər artaraq 84,4 milyonluq rekord səviyyəyə çatıb. Beləliklə, ölkə əhalisinin sayında ən yüksək artım qeydə alınıb.
Məlumatda ötən il əhalinin sayının artması Almaniyaya əcnəbilərin köçməsi ilə bağlı olduğu bildirilib.
Busaat.az























