
Almaniya iqtisadiyyatı tənəzzüldədir - İNSTİTUT
Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (DIW) enerji böhranının xüsusilə sənayenin əsas problemi olmaqda davam etdiyini və iqtisadiyyatın tənəzzülə girdiyini bildirib.
Busaaat.az xəbər verir ki, baş ofisi Berlində yerləşən institut Almaniya iqtisadiyyatının enerji böhranı, yüksək inflyasiya və qlobal iqtisadiyyatın durğunlaşması səbəbindən tənəzzülə uğradığını bildirib.
Açıqlamada enerji böhranı, yüksək inflyasiya və durğunlaşmağa başlayan qlobal iqtisadiyyatın Almaniya iqtisadiyyatı üçün neqativlərə səbəb olduğu, enerji böhranının xüsusilə sənaye üçün əsas problem olaraq qalmağa davam etdiyi vurğulanıb.
Busaat.az























