Almaniya Hərbi Hava Qüvvələrinə məxsus iki yük təyyarəsi Liviyaya 30 ton humanitar yardım çatdıracaq.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
“Çəkisi 30 ton olan humanitar yardıma çadır, səyyar yataq, yorğan, döşək və elektrik generatorları daxildir”, – məlumatda deyilir.
Qeyd edək ki, bundan əlavə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi daşqınlardan zərər çəkmiş liviyalıların ehtiyacları üçün 4 milyon avro ayıracaq.