Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 834 $▼3.50%
  • Ethereum1 838 $▼4.63%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Almaniya NATO-nun yüksək hazırlıqlı qüvvələrinə rəhbərlik edəcək

image-download-3
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Almaniya yanvarın 1-dən etibarən alyansın Yüksək Hazırlıq Qüvvələrinin bir hissəsi olan 11500 nəfərlik NATO-nun Çox Yüksək Hazırlıqlı Birgə İşçi Qrupuna rəhbərlik edəcək.

Busaat.az xəbər verir ki, bu barədə NATO-nun Mətbuat Xidməti məlumat yayıb.

“Bazar günündən etibarən (1 yanvar 2023-cü il) Almaniya bir neçə gün ərzində yerləşdirməyə hazır olan NATO-nun ən yüksək hazırlıqlı hərbi qüvvələrinə rəhbərlik edəcək” – deyə, bəyanatda qeyd edilib.

NATO-nun mənzil-qərargahı xatırladıb ki, yüksək hazırlıq qruplaşması 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsi və Ukraynanın şərqində hərbi əməliyyatların başlanmasına cavab olaraq NATO-nun Çevik Reaksiya Qüvvələrinin tərkibində yaradılıb.

NATO sözçüsü Oana Lungesku bildirib ki, bu addım alyansın “Müttəfiqlərin ərazisinin hər qarışını qorumaq və müdafiə etmək” niyyətindən xəbər verir.

NATO-nun Çox Yüksək Hazırlıqlı Birgə İşçi Qrupu NATO-ya üzv dövlətlərin bu məqsədlə bir il müddətinə təyin edilmiş bölmələrindən rotasiya əsasında formalaşır. 2023-cü ildə Almaniyanın 37-ci Tank və Qrenadier Briqadası bu qüvvələrin əsasını təşkil edəcək. Almaniyadan başqa, səkkiz ittifaq ölkəsi bu qrupa qoşun verir ki, həmin ölkələr bunlardır: Belçika, Çexiya, Latviya, Litva, Lüksemburq, Hollandiya, Norveç və Sloveniya.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95642