Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 465 $▼4.04%
  • Ethereum1 824 $▼5.37%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Almaniya parlamentinin nümayəndə heyəti Tayvana səfər edib

image-flags-germany-taiwan-flagpoles-sides-blue-background-place-text-flags-flutter-wind-german-berlin-taiwanese-taipei-3d-illustration_630687-588
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Almaniyada hakim koalisiyanın tərəfdaşı olan Azad Demokrat Partiyasının (FDP) bir qrup deputatı Çinlə münaqişədə olan Tayvana səfər edib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Tayvanın CNA agentliyi yayıb.

Məlumata görə, Almaniya Parlamentinin Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmermann və FDP sədrinin müavini Yohannes Vogelin başçılıq etdiyi parlament nümayəndə heyəti bu gün səhər adaya səfər edib. Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, nümayəndə heyəti Tayvan lideri Tsai İnq-ven, baş nazir Su Tseng-chang, parlamentin sədri You Si-kun, xarici işlər naziri Cozef Vu və Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşəcək.

Qeyd edək ki, nümayəndə heyətinin səfərindən əvvəl Çin ordusu Tayvan ətrafında hərbi təlim keçirib. Çin Xalq Azadlıq Ordusu açıqlamasında bildirib ki, təlim “xarici güclərlə Tayvan qüvvələri arasında əməkdaşlığa qarşı durmaq məqsədi daşıyır”.

Tayvan Müdafiə Nazirliyi dünən axşamdan bu gün səhərə qədər adanın ətrafında Çinə məxsus 57 hərbi təyyarə və 4 döyüş gəmisinin göründüyünü bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96436