Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 956 $▲1.32%
  • Ethereum1 825 $▲3.22%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Almaniya Pekindən imtina edir? – Yeni Çin siyasəti açıqlandı

image-olaf-scholz-stuetzt-den-kopf-auf
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Çin Kommunist Partiyasının son qurultayının nəticələrindən sonra Almaniya Çinlə münasibətləri dəyişməlidir.

Busaat.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz bəyanatla çıxış edib.

Almaniya kansleri Olaf Şolz Çinə rəsmi səfərindən əvvəl yeni Çin siyasətini açıqlayıb. Şolz Frankfurter Allgemeine Zeitung üçün yazdığı məqalədə qeyd edib ki, Çin Kommunist Partiyasının son qurultayının nəticələri onun ölkəsinin Çinlə münasibətləri dəyişməli olduğunu göstərib.

Marksizm-Leninizmə bağlılığın əvvəlki partiya qurultaylarına nisbətən daha çox yer aldığını xatırladan Şolz bildirib: “Çin on il əvvəlki Çin deyil. Çin dəyişsə, aydındır ki, bizim Çinlə də münasibətlərimiz dəyişməlidir”.

Almaniya kansleri Çin administrasiyası ilə apardığı danışıqlarda “çətin məsələləri” görməzdən gəlmək istəmədiyini vurğulayaraq, “Bura, məsələn, Sincandakı vətəndaş və siyasi azadlıqlara və etnik azlıqların hüquqlarına hörmət daxildir. Tayvan ətrafındakı ümumi gərgin vəziyyətdən narahatıq. ABŞ və bir çox başqa ölkələr kimi biz də “Vahid Çin” siyasətini dəstəkləyirik. Amma bu o deməkdir ki, status-kvo yalnız sülh yolu ilə və qarşılıqlı razılıq əsasında dəyişdirilə bilər” – deyə, əlavə edib.

Almaniyanın Çin siyasətinin ancaq Avropanın Çin siyasətiylə inteqrasiyası şəklində uğurlu ola biləcəyini qeyd edən Şolz, bu səbəbdən səfəri öncəsi Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla avropalı tərəfdaşlar və transatlantik dostlarla sıx koordinasiyada olduqlarını bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89455