
Almaniya Polşaya Patriot müdafiə sistemi göndərəcək
Almaniya Polşaya Patriot müdafiə sistemi göndərəcək Almaniyanın Polşaya “Patriot” müdafiə sistemi göndərəcəyi bildirilib.
Busaat.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi Twitter hesabından açıqlama yayıb.
“Biz Polşalı həmkarım Mariuş Blaşçak ilə Polşaya “Patriot” hava hücumundan müdafiə sistemləri göndərmək və Polşanın hava məkanının Eurofighters ilə mühafizəsini dəstəkləmək barədə razılığa gəldik” – deyə, Almaniyanın Müdafiə naziri Lambrext bildirib.
Qeyd edək ki, Noyabrın 15-də Polşanın Ukrayna ilə sərhədində yerləşən Prjewodow kəndinə raket düşdükdən sonra Almaniya hava məkanını qorumaq üçün Polşaya Eurofighter döyüş təyyarələri və Patriot müdafiə sistemi ilə dəstək verməyi təklif edib.
Polşanın müdafiə naziri Blaşçak Almaniyadan “Patriot” raketdən müdafiə sisteminin quraşdırılması təklifini səbirsizliklə gözlədiklərini bildirib və sistemin Ukrayna sərhədinə yerləşdirilməsini təklif edəcəyini bildirib.
Busaat.az























