Almaniya Qolodomor faciəsini soyqırımı kimi tanıdı

image-almaniyabackend

Almaniya SSRİ lideri İosif Stalin tərəfindən fermerləri torpaq islahatını qəbul etməyə məcbur etmək məqsədilə təşkil etdiyi aclıq aksiyalarını – “Qolodomor” hadisələrini soyqırımı hadisəsi kimi tanıyıb.

Busaat.az xəbər verir ki, Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokratlar (FDP) və müxalifətdəki Xristian Birlik Partiyaları (CDU/CSU) Bundestaqda müzakirə edilən təklifin lehinə səs verərkən, Sol Partiya və ifrat sağ Alternativ Almaniya tərəfdarı isə bitərəf qalıb.

Beləliklə, Almaniya Qolodomoru “soyqırımı” kimi tanıyıb.

Parlamentdəki müzakirələri Ukraynanın Berlindəki səfiri Oleksi Makeyev də izləyib.

 

Qolodomor nədir?
Ukrayna dilində Qolodomor “süni şəkildə aclıqdan ölümə məhkum edilmiş” deməkdir.

Sovet rejiminin 1932-1933-cü illərdə Ukrayna torpaqlarında milyonlarla insanı ölümə məhkum etdiyi Qolodomor faciəsində təxminən 4,5 milyon insanın həyatını itirdiyi bildirilir.

Ukrayna parlamenti 2006-cı ildə bu hadisəni “soyqırımı” kimi tanıyıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90