Almaniya Stalinin törətdiyi Qolodomor faciəsini “soyqırım” kimi tanımağa hazırlaşır

image-almaniyabackend

Almaniya hökuməti 90 il əvvəl təxminən 4,5 milyon ukraynalının həyatını itirdiyi Qolodomor (Böyük Aclıq) faciəsini Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dövründə YAŞANMIŞ “soyqırım” kimi tanımağa hazırlaşır.

Busaat.az xəbər verir ki, bu barədə məlumat Alman mətbuatında yer alıb.

Məlumata görə, SSRİ-nin o vaxtkı lideri İosif Stalinin fermerləri torpaq islahatını qəbul etməyə məcbur etmək üçün atdığı addımlar səbəbindən hökumət “Qolodomor” adlandırılan aclığı “soyqırım” kimi tanımağa hazırlaşır.

Hökumət artıq Xristian İttifaqı (CDU-CSU) partiyalarının dəstəklədiyi “Ukraynada Qolodomor: Yadda saxla – An – Xəbərdar et” adlı təklif hazırlayıb.

“Qolodomor”un “soyqırım” kimi tanınması ilə bağlı təklifin çərşənbə günü, noyabrın 30-da Bundestaqın Baş Assambleyasında müzakirə edilərək qəbul ediləcəyi gözlənilir.

Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba Twitter hesabında, “Hörmətli Annalena Baerboka, 1932-1933 Qolodomor soyqırımı qurbanlarının xatirəsinə hörmətlə yanaşan prinsipial mövqe tutduğunuz, tarixi ədalətə sadiq olduğunuz üçün təşəkkür edirəm” – deyə qeyd edib.

Almaniyanın Xarici İşlər naziri Annalena Baerbok Kulebaya müraciət Edib: “Milyonlarla ukraynalı Qolodomorda sistematik aclıqdan öldü. Bizdən bu cinayəti indi olduğu kimi soyqırım adlandırmağı xahiş etdiyiniz üçün biz təşəkkür edirik. Bunu Bundestaqda gündəmə gətirən hər kəsə təşəkkür edirəm”.

Hazırda İrlandiya, Moldova və Rumıniya kimi ölkələr Qolodomoru soyqırım kimi tanıyırlar.

 

Qolodomor nədir?

Ukrayna dilində Qolodomor süni şəkildə insanların aclıqdan ölümə məhkum edilməsi deməkdir.

Sovet rejiminin 1932-1933-cü illər arasında Ukraynada milyonlarla insanı ölümə məhkum etdiyi Qolodomor faciəsində təxminən 4,5 milyon insanın həyatını itirdiyi bildirilir.

Ukrayna parlamenti 2006-cı ildə bu hadisəni “soyqırım” kimi tanıyıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki