Almaniya Türkiyənin Suriyadakı əməliyyatlarına qarşıdır

image-1401032712500056025537284-1backend

Türkiyənin Suriyada PKK/YPG terror təşkilatına qarşı hərbi əməliyyatına ABŞ və Rusiyadan sonra Almaniya da reaksiya verib. Almaniya Türkiyənin Suriyadakı əməliyyatlarına qarşı olduğunu bildirib.

Busaat.az xəbər verir ki, Almaniyanın Xarici İşlər naziri Annalena Baerbok Türkiyəni Suriyanın şimalında quru əməliyyatı keçirməməyə çağırıb.
Dünən Buxarestdə keçirilən NATO toplantısındakı çıxışında Baerbok qeyd edib: “Türkiyəni Suriyanın şimalında quru əməliyyatı və ya Şimali İraqda hərbi əməliyyat keçirmək kimi şiddəti daha da artıracaq addımlardan təcili şəkildə çəkinməyə çağırıram”.

“Terrorizmdən qorunma məsələsində, əlbəttə ki, beynəlxalq hüquq tətbiq edilməlidir” – deyə, Baerbok bildirib.

Qeyd edək ki, daha əvvəl Fransa Xarici İşlər naziri Ketrin Kolonna da əməliyyata qarşı çıxıb: “Türkiyənin terrorla bağlı təhlükəsizlik narahatlığını anlayırıq, lakin bu cür vasitələrlə terrora qarşı mübarizə mümkün deyil”.

Bir müddət əvvəl Türkiyə Müdafiə naziri Hulusi Akarla görüşən ABŞ Müdafiə naziri Lloyd Ostin Suriyaya qarşı hərbi əməliyyatla bağlı xəbərdarlıq edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90