Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 451 $▲2.09%
  • Ethereum1 831 $▲3.56%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Almaniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi verəcək

image-22612289540_5e26dfdb11_k
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Almaniyanın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi və “Marder” tipli zirehli döyüş maşınları verəcəyi açıqlanıb.

Busaat.az xəbər verir ki, Almaniya baş nazirliyindən verilən yazılı açıqlamada, kansler Olaf Şolzun ABŞ prezidenti Co Bayden ilə telefon danışığında ölkəsinin Ukraynaya “Patriot” hava müdafiə sistemi və “Marder” tipli zirehli döyüş maşınları verəcəyini ifadə etdiyi bildirilib.

Bəyanatda deyilir ki, iki lider Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi ilə bağlı fikir mübadiləsi aparıb və Ukraynanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini bir daha bəyan ediblər.

ABŞ prezidenti Bayden və kansler Şolz lazım olduğu müddətcə Ukraynaya maliyyə, humanitar, hərbi və diplomatik dəstəyi verməkdə qərarlı olduqlarını ifadə edib.

Bəyanatda prezident Bayden və kansler Şolz digər müttəfiqlər və tərəfdaşlar tərəfindən Ukraynaya verilən hərbi dəstəkdən məmnun olduqlarını bildiriblər.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96164