
Almaniyada 1 May nümayişi zamanı qarşıdurmalar yaşanıb
Almaniyanın paytaxtı Berlində 1 May Əmək və Həmrəylik Günündə solçu qrupların təşkil etdiyi aksiyada polislə nümayişçilər arasında qarşıdurma yaşanıb.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Neukölln rayonundakı Boddin küçəsində toplaşan minlərlə insan daha sonra Kreuzberg rayonundakı Oranien meydanına doğru yürüş edib.
Aksiya boyu nümayişçilər polis əleyhinə şüarlar səsləndiriblər.
Daha sonra polislə nümayişçilər arasında əlbəyaxa dava düşüb. Polis bir çox nümayişçini saxlayıb.
Yürüşdə 6 min 300 polis iştirak edib. Polis nümayişə 12 min adamın qatıldığını bildirərkən, nümayiş təşkilatçıları bu rəqəmin 20 min olduğunu iddia edib.
Busaat.az























