Almaniyada 8 nəfərə səhvən 5 qat daha çox peyvənd vuruldu

Almaniyada 8 nəfərə səhvən 5 qat daha çox peyvənd vuruldubackend

Almaniyada fəaliyyət göstərən qocalar evinin işçilərinə koronavirus peyvəndinin tətbiqində ciddi səhvə yol verilib.

Busaat.az xəbər verir ki, hadisə Meklenburq-Vorpommern əyalətinin Stralsund şəhərində qeydə alınıb. Qərb KİV orqanları yazır ki, səkkiz nəfərə 5 qatdan çox dozada peyvənd vurulub.

Vorpommern-Rügen polis şöbəsinin rəisi Stefan Kers mətbuata açıqlamasında sözügedən şəxslərin xəstəxanaya yerləşdirildiyini bildirib.

Almaniya mediasında yer alan xəbərə görə, “BioNTech” şirkəti tərəfindən göndərilən 5 dozalı vaksin flakonu təkcə bir insana tətbiq edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki