
Almaniyada bir türk 100 metrlik küçəni aldı
Almaniyanın Rhineland Pflaz əyalətinin Zweibrücken şəhərində şəxsi mülk kimi görünən Siebenpfeifferstr adlı 100 metrlik küçəni Yıldırım Sevindik adlı Türkiyə vətəndaşı 2 500 avroya alıb.
Busaat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sevindik küçədə evi olan ev sahiblərinə məktub göndərərək evlərinin giriş hissəsinin ondan alınmasını xahiş edib.
Sevindik açıqlamasında sözügedən küçəni 2022-ci ilin iyul ayında hərrac yolu ilə aldığını bildirib və küçədəki evlərin giriş və park kimi istifadə edilən hissələrinin ona məxsus olduğunu bildirib.
Sevindik qeyd edib ki, ev sahibləri küçənin müvafiq hissələrini ondan almasalar, onlara məxsus olan yerlərdən girişi bağlayacaq.
Busaat.az























