
Almaniyada küçəyə Türkiyənin ilk qadın həkimi Safiyə Əlinin adı verilib
Almaniyanın Dortmund şəhərində bir küçəyə Vülzburg Universitetini birinciliklə bitirmiş Türkiyənin ilk qadın həkimi Safiyə Əlinin adı verilib.
Busaat.az-ın əldə etdiyi məlumata görə, Türkiyənin Essen şəhərinin baş konsulu Taylan Aydın, şəhərin yerli idarəçiləri, siyasi partiyaların nümayəndələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri sözgedən küçədə keçirilən mərasimdə iştirak ediblər.
Mərasimdə Türkiyənin ilk qadın həkimi olan, I Dünya Müharibəsi illərində Almaniyada tibb təhsili alan və Dünya Müharibəsi illərində Almaniyada həkim olaraq çalışdığı Dortmundda dünyasını dəyişən Safiyə Əlinin həyatından danışılıb.
Dortmund Şəhər Şurasının üzvü Emre Güleç iki il əvvəl Safiyə Əlinin itkin məzarını aşkar etdikdən sonra Dortmund Bələdiyyəsinin ona böyük maraq göstərdiyini bildirib.
Dortmund Bələdiyyəsinin həm məzarının inşasına başladığını, həm də “Safiyə Əli Tibb Mükafatını” reallaşdırdığını bildirən Güleç bu cür qiymətləndirməni etdi:
“Əvvəllər bu küçənin adı İkinci Dünya Müharibəsində xidmət etmiş nasist zabitinin adını daşıyırdı. Şəhərimizdəki bu küçənin adının dəyişdirilərək Safiyə Əli olması bizi qürurlandırdı və çox sevindirdi. O, öz fəaliyyəti ilə həm Türkiyə, həm də Almaniya cəmiyyətinə nümunə oldu”.























