
Almaniyada marixuana leqallaşdırılır
Almaniya satışı və istehsalı, eləcə də əyləncə məqsədləri üçün az miqdarda marixuananın saxlanmasını qanuniləşdirmək üçün hərəkətə keçib.
Busaat.az xəbər verir ki, Almaniyanın Səhiyyə Naziri Karl Lauterbax bu gün sözügedən məsələ ilə bağlı qanunun Nazirlər Kabineti tərəfindən qəbul edildiyini bildirib.
Yeni qanuna görə, ölkədə 30 qrama və ya 1 unsiyaya qədər marixuana saxlamaq və satın almaq qanuniləşəcək. Yeni qanunla evdə maksimum iki çətənə bitkisi yetişdirmək qanuni olacaq.
“Xüsusi mağazalar” və ya qəhvə dükanlarında marixuananın satışına icazə verilməsi nəzərdə tutulur.
Hökumət əvvəlcə yeni qanunun Avropa İttifaqı qanunlarına uyğun olduğundan əmin olmaq istədiyini söyləyib. Lauterbax qeyd edib ki, Brüssel təsdiq edərsə, plan dərhal qüvvəyə minəcək.
Yaşıllar birliyindən sağlamlıq komitəsinin sədr müavini Kirsten Kappert-Qonther xəbərdarlıq edib ki, əgər marixuana tələbatı ödənilməzsə, insanlar qara bazara üz tutacaq.
Buna zidd olaraq, hökumətin marixuananın tibbi məqsədlər üçün istifadəsini daha da genişləndirəcək bu yeni addımı uzun müddətdir ki, Merkelin başçılıq etdiyi Xristian Demokratlar tərəfindən tənqid edilir.
Tənqidçilərin daha çox diqqət çəkdiyi nöqtə odur ki, marixuananın leqallaşdırılması onun gənclər arasında daha çox yayılmasına səbəb olacaq.
Busaat.az























