
Almaniyada müsəlman ailə irqçi qrup tərəfindən hücuma məruz qalıb
Almaniyanın Halle şəhərində müsəlman ailə küçədə irqçi hücuma məruz qalıb.
Busaat.az xəbər verir ki, Halle Futbol Komandasının tərəfdarları olan şəxslər əvvəlcə müsəlman ailəni nifrət dolu irqçi məzmunla təhqir edib, daha sonra onlara fiziki hücum ediblər.
Ətrafdakı insanların müdaxiləsi ilə yüngül yaralanan təcavüzkar dəstə üzvlərinin bəzilərinə tibbi yardım göstərilib. Hücuma məruz qalan ailənin yaxınlıqdakı insanlar tərəfindən xilas edildiyi və müalicəyə ehtiyacları olmadığı açıqlanıb.
Polisin hücum edənlərin şəxsiyyətini müəyyənləşdirdiyi və hadisə ilə bağlı araşdırmalara başlanıldığı açıqlanıb.
Busaat.az























