
Almaniyada qatar dəmiryolçuları vurdu: 2 nəfər öldü
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində qatar dəmiryolçulara çırpılıb.
Busaat.az xəbər verir ki, polisdən verilən açıqlamada qəzada 2 işçinin öldüyü, 1 işçinin yaralandığı bildirilib.
Açıqlamada qəza nəticəsində 5 işçinin psixoloji sarsıntı keçirdiyi qeyd edilib. Hadisə yerinə polis və sağlamlıq qruplarının sövq edildiyi, qəzanın baş verdiyi Köln-Bonn dəmir yolu xəttinin müvəqqəti olaraq bağlandığı öyrənilib.
Qəzanın səbəbi hələ məlum olmasa da, polis hadisə ilə bağlı araşdırma başladıb.
Busaat.az























