
Almaniyada Rusiya bayraqlarının və simvollarının sərgilənməsinə icazə verildi
Almaniyada məhkəmə 9 May – Qələbə Günü münasibətilə keçirilən qeyd etmələr çərçivəsində keçirilməsi planlaşdırılan “Ölməz alay” yürüşü üçün Rusiya bayraqlarının və simvollarının nümayişinə qismən icazə verib.
Busaat.az xəbər verir ki, Berlin məhkəməsi mayın 8-9-da keçirilməsi planlaşdırılan 9 May – Qələbə Günü qeyd etmələrinə qismən azadlıq verib.
RBB radiosu hüquq-mühafizə orqanlarının rəsmisinə istinadən məlumat yayıb ki, Berlin məhkəməsi “Ölməz alay” yürüşü üçün Rusiya bayraqlarının və simvollarının nümayişinə qoyulan qadağanı qismən ləğv edib.
Berlin polisi 17 İyun küçəsindən başlayacaq və Tierqarten abidəsində sona çatması planlaşdırılan yürüşdə İkinci Dünya Müharibəsi veteranlarından başqa insanlara Rusiya və Ukrayna bayraqlarından istifadənin qadağan edildiyini açıqlayıb.
Busaat.az























