
Almaniyada saxlanılan türk jurnalistlər sərbəst buraxılıb
Almaniyada saxlanılan və “Sabah” qəzetinin Avropa şöbəsində çalışan türkiyəli jurnalistlər İsmail Erel və Cəmil Albay sərbəst buraxılıb.
Busaat.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi “Sabah” qəzetinin Frankfurt bürosu nümayəndələrinin Almaniya polisi tərəfindən əsassız olaraq saxlanılmasını kəskin şəkildə pisləyib.
Nazirlikdən verilən açıqlamada bildirilib ki, mətbuat və ifadə azadlığı ilə bağlı “bütün dünyaya dərs verməyə çalışan” Almaniyanın azad mətbuata qarşı bu hərəkəti onun ikili yanaşmasını ortaya qoyur.
Busaat.az























