
Almaniyada seçkilərdə sürpriz: Keçmiş erotik kino ulduzu deputat oldu - FOTO
Almaniyada dünən keçirilən əyalət seçkilərində sürpriz nəticə qeydə alınıb. Belə ki, keçmiş erotik film aktrisası Annina Ucatis-Semmelhaack qələbə qazanıb.
Busaat.az xəbər verir ki, Almaniyada Bremen Əyalət Məclisi seçkilərində keçirilən sorğunun nəticələrinə görə, Baş nazir Olaf Şolzun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası (SPD) səslərini artıraraq 29,5 faizlə birinci partiya olub.
FDP-dən yerli seçkilərə qatılan məşhur erotik kino aktrisası Annina Ucatis-Semmelhaack Şlezviq-Holşteyndə qələbəsini elan edib.
Alman qəzeti Bild nəticə ilə bağlı, “Əvvəllər erotik filmlərin kraliçası idi, indi Şimali FDP kraliçası”, – şərhini yazıb. Bild-ə danışan Semmelhaack deyib: “Çox xoşbəxtəm, çox çətin bir seçki kampaniyası keçirdik, amma seçiciləri məyus etməyəcəyəm”.
Böyüklər üçün çəkilən filmlərlə yanaşı, bir müddət Türkiyədə də yayımlanan “Biri Bizi İzləyir” formatında yarışma proqramına da qatılan Semmelhaack 2009-cu ildə böyüklər üçün film çəkməyi dayandırıb və milyonçu iş adamı Teodor Semmelhaackla evlənib.
Busaat.az
























