
Almaniyada türk ana və iki qızı ölü tapıldı
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Herten şəhərindəki hosteldə türk qadın və iki azyaşlı qızı ölü tapılıb.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyada ölü tapılan 37 yaşlı Ruziye Öz və kiçik qızlarının ataları 35 yaşlı Uğur S. tərəfindən öldürüldüyü ehtimal edilir.
Polisdən verilən açıqlamada, 37 yaşlı Ruziyə Öz və qızları Pəri (8) və Masalın (5) qaldıqları otaqda ölü tapıldığı bildirilib. Ataları Uğur S. isə Marl şəhərində şübhəli olaraq saxlanılıb.
Ötən il Antalyadan Almaniyaya gələn ailənin Almaniyaya yerləşmək üçün prosedurları davam etdirdiyi öyrənilib. Adının açıqlanmasını istəməyən ailə üzvü deyib: “Onlar keçən il Antalyadan gəlmişdilər. Ruziyə iş vizası ilə uşaqlarıyla birlikdə Türkiyəyə gedib. Onlar ötən bazar günü Türkiyədən gəliblər. Bazar ertəsi yanıma gəlib uşaqları məktəbə yazacaqdıq”.
Ailənin qohumu əlavə edib: “Həmin gün zəng etdim, açmadılar. Narahat oldum, çərşənbə axşamı oldu və hələ də cavab yoxdur. Onların qaldıqları yataqxanaya zəng edib narahatlığımı bildirdim. Qapını xidmətçinin dəstəyi ilə açdıq. Uğurun vəziyyətini çox pis idi. Qadını və uşaqları soruşduq, “bazara getdilər”, – dedi, inanmadıq. Ertəsi gün getdik, qadın-uşaq yox idi, polisə xəbər verdik. Polis, yanğınsöndürənlər gəldi, qadın və uşaqların cəsədləri orada idi və kişi qaçdı. Gedib ifadə verdik”.
Prokurorluq və polis qətl komissiyası yaradaraq araşdırmaya başlayıb.
Busaat.az























