
Almaniyada yüzə yaxın uçuş təxirə salındı
Almaniyanın Berlin-Brandenburg Havalimanı əməkdaşlarının bir günlük tətil elan etməsi nəticəsində yüzə yaxın uçuşu təxirə salıb.
Busaat.az xəbər verir ki, Almaniyanın Həmkarlar İttifaqı olan Ver.di-nin çağırışı ilə sözügedən havalimanının təhlükəsizlik, çanta və sərnişin yoxlama şöbələrinin əməkdaşları tətil elan edib.
Havalimanının verdiyi açıqlamaya görə, təxminən 220 təyyarənin havalanması təxirə salınıb, enişi planlaşdırılan 240 təyyarədən 72-si isə enə bilməyib.
Busaat.az























