Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 159 $▲1.64%
  • Ethereum1 824 $▲3.17%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Almaniyadan Apple qərarı: Sərt rəqabət tətbiq edəcək

image-apple-divulgacao
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Almaniyanın Federal Kartel Ofisi (Bundeskartellamt) Apple-ı bazarlararası rəqabət üçün “çox vacib” şirkət kimi təsnif edib. Eyni zamanda Apple-ın rəqabətə zidd davranışlarını qadağan etmək üçün sərt rəqabət nəzarəti tətbiq ediləcək.

Busaat.az xəbər verir ki, bu barədə Almaniya Federal Kartel Ofisi tərəfindən edilən açıqlamada deyilir.

Bildirilib ki, Apple-ın qlobal satışları və mənfəəti müvafiq olaraq 400 milyard (+100 milyard dollar – red.) təşkil edir və şirkətin smartfonlar, planşetlər və smart saatlardan tutmuş əməliyyat sistemləri vasitəsilə Apple App Store-a qədər bütün sahələrdə dominant bazar mövqelərinə malikdir.

Almaniya Federal Kartel Ofisinin rəhbəri Andreas Mundt mövzu ilə bağlı qiymətləndirməsində Apple-ın bazarlar arasında iqtisadi gücə sahib olduğunu və bunun şirkətə rəqabət baxımından lazımi şəkildə idarə olunmayan hərəkət etmək imkanı verdiyini söyləyib.

Mundt deyib: “Apple, iPhone kimi mobil cihazları ilə təkcə Almaniyada deyil, həm də Avropada və bütün dünyada rəqabət üçün mühüm əhəmiyyət kəsb edən geniş rəqəmsal ekosistemə malikdir”.

Mundt vurğulayıb ki, bugünkü qərarlar onlara rəqabətə zidd praktikalara qarşı konkret tədbirlər görməyə və onları effektiv şəkildə qadağan etməyə imkan verəcək.

Apple, həmçinin narahatlıqları aradan qaldırmaq üçün Alman Federal Kartel Agentliyi ilə işləməyə davam edəcəyini, lakin qərara etiraz etməyi planlaşdırdığını açıqlayıb.

2022-ci ilin yanvarında Federal Kartel Agentliyi Google-un ana şirkəti Alphabet-i bazar miqyasında rəqabət üçün “çox vacib” kimi təsnif edib. 2022-ci ilin mayında Facebook-un sahibi Meta və 2022-ci ilin iyulunda Amazon sözügedən təsnifata daxil edilib.

Martın 28-də Federal Kartel Agentliyi Microsoft-un bazar gücünə dair araşdırmaya başlayaraq, Microsoft-u “bazar miqyasında rəqabət üçün müstəsna əhəmiyyət kəsb edən şirkət kimi təyin etmək” barədə qərar qəbul edəcəyini açıqlayıb.

Bu arada, 2021-ci ilin yanvar ayında Almaniyada rəqəmsal şirkətlərlə bağlı antiinhisar qanununa edilən dəyişikliklərin qüvvəyə minməsi ilə Federal Kartel Ofisinə şirkətlərin bazarda üstünlüyünü müəyyən etmək və müəyyən rəqabət əleyhinə təcrübələri qadağan etmək üçün daha böyük səlahiyyətlər verilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=105989