Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 345 $▲1.93%
  • Ethereum1 825 $▲3.20%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Almaniyadan Rusiyaya "Müharibə Cinayəti" iddiası: "Yüzlərlə sübut var"

image-kapak_163136
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Almaniyanın baş prokuroru Peter Frank Rusiyanın Ukraynada hərbi cinayətlər törətdiyinə dair sübutlar tapdıqlarını iddia edib.

Busaat.az xəbər verir ki, prokuror Peter Frank “Welt am Sonntag” qəzetinə deyib:

“Hazırda diqqətimizi Bucadakı kütləvi qətllərə və Ukraynanın mülki infrastrukturuna hücumlara yönəldirik”.

Sübutların əksəriyyətinin ukraynalı qaçqınlarla müsahibələrdən əldə edildiyini deyən prokuror, hazırda məqsədin “sonradan Almaniyada və ya xarici tərəfdaşlarımızla və ya beynəlxalq məhkəmədə qaldırılacaq mümkün işə hazırlaşmaq” olduğunu bildirib.

Frankın ofisi əvvəllər ölkədə vətəndaş müharibəsi zamanı törədilən vəhşiliklərə görə suriyalıları mühakimə etmək üçün bəzi ağır cinayətlərin harada törədilməsindən asılı olmayaraq mühakimə olunmasına imkan verən universal yurisdiksiya prinsipindən istifadə edib.

Eyni prinsipə əsasən, Myanmadan bir qrup şəxs keçən ay Almaniyada öz ölkələrinin ordusunu soyqırım, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməkdə ittiham edərək cinayət işi qaldırıb.

Frank bildirib ki, onun ofisi 2022-ci ilin martında Ukrayna təhqiqatına başlayıb.

“Biz istintaqda konkret şəxsləri hədəf almırıq, daha çox məlumat və sübutlar toplayırıq”, – deyə prokuror bildirib. Bununla belə, o, Almaniyada hərbi cinayət törətməkdə şübhəli bilinən şəxslərin mühakimə olunmasının yalnız onlar ölkədə olduqları halda mümkün olduğunu bəyan edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=99515