
Almaniyadan Türkiyə-Yunanıstan münasibətləri ilə bağlı AÇIQLAMA
Almaniya Türkiyə ilə Yunanıstan arasında dialoqu dəstəkləyir.
Busaat.az xəbər verir ki, bunu hökumət sözçüsü Steffen Hebestreit Berlində verdiyi açıqlamada deyib.
Steffen ölkəsinin Türkiyə ilə Yunanıstan arasında dialoqu asanlaşdırmaq istədiyini, bu səbəbdən üç ölkənin yüksək səviyyəli rəsmilərinin Brüsseldə görüş keçirdiklərini xatırladıb.
Hebestreit deyib: “Almaniya bu məsələ ilə bağlı müraciətində belə bir görüşə kömək edə biləcəyini soruşdu. Yunanıstanın baş naziri də, Türkiyə prezidenti də buna çox müsbət cavab verdi”.
Görüşün məzmunu ilə bağlı məlumat verməkdən yayınan Hebestreit üç ölkə arasında təmasların davam edəcəyini vurğulayıb.
Ankara ilə Afina arasında həftələrlə davam edən gərginlikdən sonra Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, Almaniya Federal Kanslerinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə müşaviri Yens Plötner və Yunanıstan Baş nazirinin Diplomatik Ofisinin direktoru Anna-Mariya Boura Brüsseldə görüşüb.
Busaat.az























