
Almaniyalı nazirdən Ukrayna xəbərdarlığı: “Müharibə uzun sürəcək”
Almaniyanın Müdafiə naziri Kristin Lambrext Ukrayna-Rusiya müharibəsinin uzun müddət davam edəcəyini iddia edib.
Busaat.az xəbər verir ki, nazir Lambrext Rusiya-Ukrayna müharibəsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Lambrext bəyan edib ki, Ukraynanın Rusiyaya qarşı tab gətirə bilməsi üçün Almaniya onlara dəstək verməlidir. “Mən bu müharibənin tezliklə, yaxın günlərdə və ya həftələrdə bitəcəyinə yalan ümid vermək istəmirəm. Biz bu müharibənin uzun müddət davam edəcəyini düşünməliyik və buna görə də Ukraynanı dəstəkləməyə hazır olmalıyıq” – deyə, Lambrext bildirib.
Busaat.az























