Almaniyanın 18 ədəd “Leopard 2” tankı Ukraynaya çatdırıldı – Der Spiegel

image-leopard-2-a7-kmw-003-v2backend

Almaniya hökumətinin Kiyevə vəd etdiyi 18 ədəd “Leopard 2” tankı Ukraynaya çatdırılıb.

Busaat.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı öz mənbələrinə istinadən yazıb.

Almaniya hakimiyyətinin Ukraynaya 18 ədəd “Leopard 2” tankının tədarükü barədə qərarından təxminən iki ay sonra texnika Kiyevə təhvil verilib.

“Der Spiegel”in yazdığına görə, sonuncu tanklar ötən həftənin sonunda Almaniyadan çıxıb və hazırda Ukrayna sərhədini keçiblər. Döyüş bölgəsinə 40-a yaxın piyada döyüş maşını – Marder də gəlib. Alman hökuməti silah tədarükünün dəqiq marşrutunu təhlükəsizlik səbəbi ilə gizli saxlayır.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90