
Almaniyanın Baş Qərargah rəisi vəzifəsindən azad edildi
Rusiya-Ukrayna müharibəsi ilə bağlı təəccüblü açıqlamaları ilə gündəmə gələn Almaniya Baş Qərargah rəisi Eberhard Zornun vəzifəsindən uzaqlaşdırıldığı bildirilir.
Busaat.az xəbər verir ki, Almaniyanın “Deutsche Welle” qəzeti general Eberhard Zornun işdən çıxarılmasında xüsusilə Rusiya-Ukrayna müharibəsində verdiyi açıqlamaların rol oynadığını bildirib.
Belə ki, Zorn dəfələrlə, “Sursatımız və silahımız yoxdur, döyüşə gedə bilmərik. Ordumuz hər zaman diqqətdən kənarda qalıb”, – sözləri ilə gündəmdə olub.
Zorn bir jurnala verdiyi müsahibədə qeyd edib: “Ukrayna bu müharibədə qalib gələ bilməz. Ukrayna bir neçə şəhərdə və münaqişələrdə qalib gələ bilər. Bir neçə qələbəsi ola bilər. Amma Rusiyanı tamamilə geri püskürdüb öz torpaqlarından qova bilməz. Ukrayna qalib gələ bilməz”.
Eberhard Zornun yerinə gələcək adın general Carsten Breuer olacağı bildirilir.
Carsten Breuer Almaniya Silahlı Qüvvələrinin beynəlxalq qoşunları, təlim batalyonları və fövqəladə hallara reaksiya qruplarının yerləşdiyi Regional Əməliyyatlar Qərargahının rəhbəridir.
Busaat.az























