
Almaniyanın ən böyük əyləncə parkında şou zamanı qəza: 7 yaralı
Almaniyanın Baden-Vürtemberq əyalətinin Rust şəhərində ölkənin ən böyük əyləncə parkı olan Europarkda “Quldurların qayıdışı” dalğıc şousunda səhnə və hovuz çöküb.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 5 nümayişçi və 2 ziyarətçi olmaqla, ümumilikdə 7 nəfər yaralanıb.
Qəzanın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, sözügedən parkda iyunda Europarkda yanğın baş vermişdi və təxminən 25 min insan parkdan təxliyə edilmişdi.























