
Almaniyanın Rusiyaya ixracı iyulda 2,2% artıb
Almaniyanın Rusiyaya ixracı iyulda iyun ayı ilə müqayisədə 2,2% artıb.
Busaat.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.
“2023-cü ilin iyul ayında Rusiya Federasiyasına ixrac təqvim və mövsümi düzəlişlər nəzərə alınmaqla, 2023-cü ilin iyun ayı ilə müqayisədə 2,2% artaraq 700 milyon avroya çatıb”, – hesabatda deyilir.
Ekspertlərin fikrincə, Almaniyanın Rusiyaya ixracında illik azalma 31,3% təşkil edib. Sənədə əsasən, Rusiyadan Almaniyaya idxal 2023-cü ilin iyul ayında aylıq müqayisədə 15,7% azalaraq 200 milyon avroya, illik ifadədə isə Rusiyadan idxal 91,8% azalıb.
Almaniyanın Aİ ölkələrinə ixracı 71,9 milyard avro, idxalı isə 61,7 milyard avro təşkil edib. İyun ayı ilə müqayisədə ixrac yarım faiz, idxal isə 2,9 faiz artıb. ABŞ və Çin Almaniyanın Aİ-dən kənarda ən böyük xarici ticarət tərəfdaşları olaraq qalırlar.























