Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 720 $▼2.20%
  • Ethereum1 892 $▼1.86%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Alyaskada saxlanılan ruslar Vaşinqton təcridxanasındadır— Politico

image-images-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Oktyabrın əvvəlində ölkəsindən qaçmaq üçün Berinq dənizindəki Müqəddəs Lourens adasına üzən iki Rusiya vətəndaşı Vaşinqtonun Tacoma şəhərindəki təcridxanada saxlanılır.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı nüfuzlu Politico qəzeti yayıb.

Rusların saxlanmasından dərhal sonra ABŞ hüquq-mühafizə orqanları soyadları hələ məlum olmayan Sergey və Maksimi Ankoric şəhərinə göndərib. Qəzetin məlumatına görə, onlar daha sonra ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən Tacomada yerləşən Şimal-Qərb Təcridxanasına aparılıblar. Mərkəz qəzetə bildirib ki, məhbuslara humanist şərait yaradılıb.

Qeyd edək ki, Müqəddəs Lourens adası Çukotka ilə Alyaska arasında yerləşir və ABŞ-ın bir hissəsidir. Associated Press daha əvvəl Alyaska senatoru Liza Murkovskiyə istinadən xəbər yayıb ki, Çukçi sakinləri ABŞ-dan sığınacaq istəyiblər. Amerikanın Şimal-Qərb Mühacir Hüquqları Layihəsinin hüquqşünası Nikolas MakKinin sözlərinə görə, Ukrayna münaqişəsi başlayan kimi onlar Rusiyanı tərk edərək balıqçı gəmisi ilə ABŞ-a gəliblər.

Busaat.az 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92501