
Amasrada mədəndə baş verən partlayışla bağlı istintaq komissiyası yaradılacaq
Amasrada mədəndə baş verən partlayışla bağlı istintaq komissiyasının yaradılması qərarı Rəsmi Qəzetdə dərc olunub.
Busaat.az xəbər verir ki, Bartının Amasra rayonunda baş verən mədən qəzasının bütün aspektlərinin araşdırılması və bənzər qəzaların qarşısının alınması üçün tədbirlərin müəyyən edilməsi məqsədi ilə Türkiyə Böyük Millət Məclisinin İstintaq Komissiyasının yaradılması qərarı Rəsmi Qəzetdə dərc edilib.
Qərara əsasən, mədən qəzasının bütün aspektləri ilə araşdırılması və analoji qəzaların qarşısının alınması üçün tədbirlərin müəyyən edilməsi məqsədi ilə Konstitusiyanın 98-ci maddəsinə uyğun olaraq parlament sorğusu açılıb.
Qeyd edək ki, araşdırmanı aparacaq komissiya 21 nəfərdən ibarət olacaq. Komissiyanın iş müddəti sədr, sədr müavini, sözçüsü və katib seçildiyi gündən başlayaraq 3 ay davam edəcək və komissiya lazım olduqda Ankaradan kənarda işləmək hüququna malik olacaq.
Busaat.az























