
Amazon, 18,000-dən çox iş yerini ixtisar etdiyini açıqladı
The Guardian-da yer alan məlumata görə, Amazon 18,000-dən çox işçini əhatə edəcək ixtisar planlarını genişləndirib.
Busaat.az nəşrə istinadən xəbər verir ki, Amazon-un ixtisarları şirkətin tarixindəki ən böyük ixtisar toplusudur.
Onlayn pərakəndə satış şirkətinin icraçı direktoru bu addım üçün “qeyri-müəyyən iqtisadiyyata” istinad edib və Amazon-un “son bir neçə ildə çox sayda iş yeri açdığına” diqqət çəkib.
Amazon-un CEO-su Andrew Jassy, işçilərə yazdığı qeyddə bildirib: “Noyabr ayında etdiyimiz ixtisarlarla bu gün paylaşdığımız ixtisarlar arasında biz 18.000-dən bir qədər çox iş yerini ləğv etməyi planlaşdırırıq”. Noyabr ayında Amazon 10.000 əməkdaşını ixtisar edib.
İşdən çıxarılmalar Amazon-un təqribən 300,000 nəfərlik korporativ işçi qüvvəsinin 6%-ni təşkil edir və şirkətin 1,5 milyondan çox qlobal işçi qüvvəsinin təxminən 1,2%-nə bərabərdir.
Busaat.az























