Amazon istifadəçilərin gündəlik işlərində köməkçi kimi istifadə etməyi təklif etdiyi Q adlı çatbotu təqdim etdi. Test rejimində olan Q çatbotu ChatGPT ilə rəqabət aparmaq üçün nəzərdə tutulub.
Busaat.az xəbər verir ki, Amazonun gələcəkdə mobil tətbiqetməsini də buraxması gözlənilir. Çatbot iki qiymət planında mövcuddur: Biznes və Builder. Müvafiq olaraq ayda 20 və 25 ABŞ dollar qiymətindədir.